HƏMAS-ın yeraltı tunellərində 5 israilli girovun cəsədi tapılıbbackend

HƏMAS-ın yeraltı tunellərində 5 israilli girovun cəsədi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərində 5 israilli girovun cəsədinin tapıldığını açıqlayıb. Ölənlər arasında üç hərbçi də var.

Editor.az xəbər verir ki, cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. SAXAL burada “strateji tunellər şəbəkəsi” aşkar edib.

Anklavın şimalında HƏMAS-ın qərargahı kimi istifadə edildiyi bildirilir. Şəbəkə iki səviyyədən ibarət idi, birincisi – 10 metr dərinlikdə, ikincisi – onlarla metr dərinlikdə.

Dərinlikdə silahlar və onların istehsalı üçün infrastruktur aşkar edilib. Şəbəkə HƏMAS-ın şimal briqada komandiri Əhməd Andurun iqamətgahına aparan şaxtaya bağlıdır. İnfrastruktur dağıdılıb.

Girovların ölüm şəraiti məhkəmə-tibb ekspertlərinin təhlilindən sonra müəyyən edilərək elan ediləcək. Şənbə günü, dekabrın 23-də Əl-Qəssam Briqadalarının (HƏMAS-ın hərbi qanadı) sözçüsü Əbu Ubaida bildirib ki, hərəkat beş israilli məhbusun məsuliyyətini daşıyan qrupla əlaqəni kəsib.

//Samir Qurbanov, Editor.az