HƏMAS İsraili Şimali Koreya silahları ilə vururbackend

HƏMAS İsraili Şimali Koreya silahları ilə vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS terror qruplaşması İsrailə qarşı müharibəsində Şimali Koreya istehsalı olan silahlardan istifadə edir.

Editor.az bildirir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti məlumat yayıb. “Biz Şimali Koreyanın HƏMAS və digərlərini silahla təmin etməsinin miqyası və vaxtı ilə bağlı konkret sübutlar toplayırıq və toplaycağıq. Mənbənin ciddi qorunmasını və diplomatik əlaqələri nəzərə alsaq, bu, hazırda çətindir” – MKX deyib.

Cənubi Koreya xatırladır ki, Şimali Koreya ilə silah ticarəti, o cümlədən ballistik raketlər və artilleriya mərmiləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması, sülh və sabitliyə ciddi təhdiddir. “Amerikanın səsi” bu yaxınlarda bildirib ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı istifadə etdiyi silahları KXDR təmin edib.

//Samir Qurbanov, Editor.az