HƏMAS İsrailin təklifini rədd etdibackend

HƏMAS İsrailin təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS İsrailin bir həftəlik atəşkəs müqabilində yeni girov mübadiləsi təklifini rədd edib.

Editor.az bildirir ki, “Wall Street Journal” yazıb. HƏMAS İsrailin onlarla girovun müqabilində bir həftə ərzində döyüşləri dayandırmaq təklifini rədd edərək, atəşkəs qüvvəyə minənə qədər israilli girovların azad edilməsi məsələsini müzakirə etməyəcəyini bildirib,- qəzet yazır.

Bununla belə, nəşrin həmsöhbətləri radikalların bu qərarına nikbin yanaşırlar: HƏMAS-ın imtinası danışıqların uğursuzluğu deyil, sadəcə olaraq İsraildən daha əhəmiyyətli güzəştlər tələb etmək cəhdidir. İsrailin planlarına qalan bütün qadın, uşaq və yaşlı kişilər də daxil olmaqla 40 girovu azad etmək daxildir.

//Samir Qurbanov, Editor.az