HƏMAS İsraillə atəşkəsi dayandıra bilər, əgər…backend

HƏMAS İsraillə atəşkəsi dayandıra bilər, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS, yəhudi dövləti atəşkəsi pozmağa davam edərsə, İsraillə atəşkəsi dayandıra biləcəyini bildirib.

Bunu HƏMAS-ın sözçüsü Hazem Qasem deyib. Xəbərdarlıqlara baxmayaraq, radikallar Trampın sülh planının ikinci mərhələsinə hazırdırlar.

Qasem qeyd edib ki, Qahirə danışıqlarında radikal nümayəndələrin iştirakı HƏMAS-ın ciddiliyini nümayiş etdirir. HƏMAS sözçüsünün sözlərinə görə, hərəkat bütün razılaşmaları yerinə yetirib.

Radikallar həmçinin “Sarı Xətt”dən kənara çıxan və nəzarəti altındakı ərazini genişləndirən İDF-nin hərəkətlərindən narahatdırlar.

//Samir Qurbanov, Editor.az