HƏMAS İsraillə əsir mübadiləsi çərçivəsində fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razıdırbackend

HƏMAS İsraillə əsir mübadiləsi çərçivəsində fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin radikal HƏMAS hərəkatının yaraqlıları uzun müddətə azadlıqdan məhrum edilənlərin azadlığa buraxılmasını tələb etmədən fələstinlilərin mərhələli şəkildə azad edilməsi ilə razılaşıblar.

Editor.az bu barədə “Al Hadath” telekanalına istinadla məlumat yayıb. Parisdə keçirilən son görüşdə razılıq əldə olunub. Bununla belə, telekanalın mənbələrinin bildirdiyinə görə, HƏMAS hələlik razılaşmaların tam təsdiqini almayıb. Bundan əlavə, potensial məhbus mübadiləsi razılaşmasına oktyabrın 7-də 35 günlük atəşkəs müqabilində Qəzza zolağına aparılan qadınlar, yaralılar və qocalar da daxil olmaqla 35 israillinin azad edilməsi və fələstinli məhbusların azad edilməsi daxildir.

//Gülnarə Abasova, Editor.az