HƏMAS İsraillə əsir mübadiləsinə hazır olduğunu bəyan edibbackend

HƏMAS İsraillə əsir mübadiləsinə hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin HƏMAS hərəkatı İsrailin fələstinliləri azad etməsi müqabilində israilli məhbusları azad etməyə hazırdır.

Editor.az bildirir ki, bunu HƏMAS lideri Usamə Həmdan bildirib. Onun sözlərinə görə, hərəkat Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi istənilən atəşkəs qərarına əməl edəcək. “İsrail məhbuslarımızı azad edərsə, HƏMAS da əlində olan məhbusları azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və məhbusların dəyişdirilməsi ilə bağlı təkliflərinə çox ciddi yanaşırıq”, – deyə Həmdan əmin edib.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrail ölənlərin sayını 1,400, Fələstin isə bu həftə 25,000 olduğunu bildirib. “The Wall Street Journal” yazır ki, HƏMAS döyüşlərdə “əhəmiyyətli fasilə” əldə etmək istəyir. “Axios” portalı İsrailin HƏMAS-a hərbi əməliyyatları iki aylıq dayandırmağı təklif etdiyini yazıb.

//Samir Qurbanov, Editor.az