Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları yəhudi dövləti ilə əsirlərin mübadiləsində tam kompromis əldə etməyə hazır olduqlarını bəyan ediblər.
“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Bundan başqa, biz məhbuslarımızın indi evlərinə getmələrini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromisə hazırıq”, – Qazi Həməd deyib. Onun sözlərinə görə, radikallar hərbi və mülki girovları azad etməyə hazırdırlar.
Qeyd edək ki, edək ki, bu bəyanat İsrail Müdafiə Qüvvələri qoşunlarının Fələstin anklavı ərazisinə daxil olması ilə bağlı məlumatlar fonunda verilib.
//Samir Qurbanov, Editor.az

