HƏMAS-la qarşıdurmanın aktiv mərhələsi başa çatmaq üzrədir – İsrailin baş naziri Benyamin Netanyahubackend

HƏMAS-la qarşıdurmanın aktiv mərhələsi başa çatmaq üzrədir – İsrailin baş naziri Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəfah və Qəzzada HƏMAS radikalları ilə qarşıdurmanın aktiv mərhələsi başa çatmaq üzrədir.

Editor.az bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib: “Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatları və zərbələri davam etdirəcəyik və təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”, baş nazir bildirib.

Onun sözlərinə görə, qarşıdurmanın əsas mərhələsi başa çatdıqdan sonra İsrail ordusu şimala, Livanla sərhədə qədər yenidən yerləşdiriləcək. Netanyahu onu da vurğulayıb ki, Livan saziş bağlamağa razı olarsa, yəhudi dövlətinin şərtləri ilə imzalanacaq.

Yəni HƏMAS-ın məğlubiyyətindən sonra anklav silahsızlaşdırılacaq və orada yerli və fələstinli sakinlərin sakinlərin iştirakı ilə mülki administrasiya yaradılacaq. Anklavda hərbi nəzarət İsrail hərbçilərinin əlində olacaq.

//Samir Qurbanov, Editor.az