HƏMAS özünün atəşkəs planını elan etdibackend

HƏMAS özünün atəşkəs planını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS hərəkatından olan fələstinli yaraqlıların nümayəndələri Qəzza zolağında özlərinin atəşkəs planının layihəsini hazırlayıblar.

Editor.az bildirir ki, sənədin layihəsini “Reuters” agentliyi təqdim edib. Plan üç mərhələdən ibarətdir: israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi, Qəzza zolağının yenidən qurulması, İsrail qoşunlarının tamamilə çıxarılması və ölənlərin cəsədlərinin dəyişdirilməsi.

Plana görə, döyüşlər ən azı 4,5 ay dayanmalıdır. Agentliyin məlumatına görə, HƏMAS-ın planına əsasən, ilk mərhələdə İsraillə atəşkəslə bağlı danışıqlar vasitəçilər vasitəsilə aparılacaq.

Eyni mərhələdə İsrail qoşunlarının Qəzza zolağının məskunlaşmış ərazilərindən çıxarılması, xəstəxanaların və qaçqın düşərgələrinin bərpası da baş tutacaq. 45 gün ərzində və ya sülh planının ikinci mərhələsi çərçivəsində İsraillə HƏMAS arasında məhbusların İsraildəki fələstinli məhbuslarla mübadiləsi aparılmalıdır. Eyni müddət ərzində humanitar yardım da çatdırılmalıdır.

//Samir Qurbanov, Editor.az