HƏMAS Qəzza zolağına nəzarəti itirib – İsrailin Müdafiə Naziribackend

HƏMAS Qəzza zolağına nəzarəti itirib – İsrailin Müdafiə Naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Gallant bildirib ki, HƏMAS artıq Qəzza zolağına nəzarət etmir.

Editor.az Gallantın sözlərinə istinadən bildirir ki, HƏMAS silahlıları SAXAL-ın irəliləyişini dayandıra bilməz. “HƏMAS Qəzzaya nəzarəti itirib. Terrorçular cənuba qaçır, mülki əhali HƏMAS bazalarını talayır”, – Müdafiə Nazirliyinin rəhbəri deyib.

Döyüş şəraitindən danışan Gallant vurğulayıb ki, son bir neçə gündə SAXAL HƏMAS-ın yeraltı tunellərində döyüşləri intensivləşdirib. O qeyd edib ki, fələstinli radikallara ciddi ziyan dəyir. Hazırda İsrail ordusu sözün əsl mənasında Qəzza şəhərinin mərkəzindədir, – nazir əlavə edib.

//Samir Qurbanov, Editor.az