HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasını dəstəkləməkdən imtina edirbackend

HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasını dəstəkləməkdən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin radikal HƏMAS hərəkatı Parisdə aparılan danışıqlarda Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini qəbul etməyib. Bu barədə Editor.az “Al Mayadeen” telekanalına istinadən məlumat yayıb. Kanalın həmsöhbətinin sözlərinə görə, Paris razılaşması əsir və girovların mübadiləsinə aid olsa da, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə deyilməyib, HƏMAS isə bu məsələləri əsas məsələlər kimi vurğulayır.

Al Mayadeen-in məlumatına görə, razılaşmada atəşkəs başa çatdıqdan sonra atəşkəsi təsdiq edən maddə yoxdur və İsrailin bundan sonra hərbi əməliyyatları davam etdirməyəcəyinə dair heç bir zəmanət yoxdur. Fevral ayında Qahirədə bir çox ölkələrin nümayəndələrinin iştirakı ilə Qəzza probleminin dərindən və hərtərəfli müzakirə olunacağı yeni iclas keçiriləcək. HƏMAS-a görüşün nəticələri barədə məlumat veriləcək və bundan sonra yekun cavab veriləcək.

Parisdə keçirilən danışıqlarda Misir, Qətər, İsrail və ABŞ-dan nümayəndələr iştirak edib.

//Gülnarə Abasova, Editor.az