HƏMAS Qəzza zolağında yeni müharibəyə hazırlaşırbackend

HƏMAS Qəzza zolağında yeni müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Wall Street Journal” (WSJ) ərəb rəsmilərinə istinadən xəbər verir ki, Fələstin HƏMAS-ın hərbi qanadı Qəzza zolağında döyüşlərin yenidən baş verəcəyi hal üçün yeni döyüşçülər və onların yerləşdirilməsi planlarını hazırlamağa başlayıb.

WSJ-nin məlumatına görə, qrup daxilindəki fikir ayrılıqları Dohada yerləşən rəhbərliyi anklavdakı yaraqlılarla əlaqələri kəsmək barədə düşünməyə vadar edib. WSJ-nin öyrəndiyinə görə, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın liderləri fevral ayında İsrailin yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu fonda yaraqlılar Qəzza zolağında yeraltı tunellər şəbəkəsini yenidən qururlar. WSJ mənbələri son aylarda HƏMAS-a yüzlərlə yeni döyüşçünün qoşulduğunu iddia edib. Qəzet yazır ki, İsrail hərbçiləri bundan xəbərdardırlar, lakin hesab edirlər ki, hərəkata vurulan zərər döyüş əməliyyatlarının bərpasına imkan verməyəcək.

//Samir Qurbanov, Editor.az