HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə hazırdırbackend

HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Siyasi Bürosunun üzvü Basem Naim hərəkatın rəhbərliyinin ABŞ ilə birbaşa danışıqlar apardığını bildirib.

Sky News xəbər verir ki, HƏMAS Vaşinqtonu İsrailin hərbi əməliyyatını dayandırması və İsrail qoşunlarını çıxarması müqabilində Qəzzada hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirib.

HƏMAS Qəzzada müstəqil Fələstin hökuməti layihəsinin həyata keçirilməsini asanlaşdırmağa hazırdır, lakin Naim qeyd edib ki, İsrail ordusu geri çəkilənə qədər hərəkat silahlı müqavimət göstərmək hüququna malikdir. “Nə qədər ki, biz işğal altında olan xalq olaraq qalırıq, özümüzü müdafiə etməyə və hər vasitə ilə işğala müqavimət göstərməyə tam haqqımız var”, – Basem Naim deyib. Onun sözlərinə görə, HƏMAS regionda sülhə nail olmaq üçün Donald Trampla əməkdaşlığa hazırdır. Təşkilat rəhbərliyinin üzvü qeyd edib ki, Amerika lideri normallaşma prosesinə başlamaq üçün Təl-Əvivə “təzyiq” etmək imkanına malikdir.

Xatırladaq ki, martın ortalarında İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Təl-Əviv Fələstin anklavında HƏMAS strukturlarını tamamilə ləğv etməyi gözləyir.

//Samir Qurbanov, Editor.az