HƏMAS qruplaşmasının arxasında Rusiya dayanır – Volodimir Zelenskibackend

HƏMAS qruplaşmasının arxasında Rusiya dayanır – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya HƏMAS qruplaşmasının arxasında duran ölkələrdən biridir.

Editor.az bildirir ki, bu fikri Prezident Volodimir Zelenski Buxarestdə Rumıniya prezidenti Klaus İohannis ilə birgə mətbuat konfransı zamanı deyib. “HƏMAS-ın arxasında kim dayanır? Məncə, cavab çox sadədir: onları dəstəkləyən.

Biz görürük – onları açıq şəkildə və silahla dəstəkləyir. Özü də bu bir gün deyil, uzun müddətdir belədir. Düşünürəm ki, burada özünüz üçün tapa biləcəyiniz ətraflı bir cavab ola bilər. Həm də sosial şəbəkələr vasitəsilə kimin müvafiq siqnallar verdiyini görə bilərsiniz. Biz hesab edirik ki, Rusiya bu cür uyğun addımlara kömək edən və onların arxasında duranlardan biridir”, – Zelenski qeyd edib.

Bundan əvvəl Zelenski NATO-nu terrorla mübarizədə birləşməyə çağırıb və qeyd edib ki, HƏMAS-ın İsraildəki taktikası Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi taktika ilə eynidir.

//Samir Qurbanov, Editor.az