Fələstin hərəkatının yaraqlıları silahı yerə qoyaraq girovları azad edəndə HƏMAS-la müharibə bitəcək.
Editor.az bildirir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan deyib.
O, İsrailin hərbi reaksiyasını “xilasetmə missiyası” adlandırıb və Rusiyanın təklif etdiyi BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini tənqid edib. “İsrailin missiyası girovlarımızı, gələcəyimizi, Qəzza xalqını bu qəddar tiranlardan xilas etməkdir. Bu xilasetmə missiyasıdır.
Bu missiya çox tez tamamlana bilər. Əgər HƏMAS silahı yerə qoysa, girovları azad etsə və təslim olsa, bu müharibə heç bir güllə atılmadan başa çata bilər. Niyə HƏMAS-ı buna çağırmırsınız, niyə bu, qətnamənin bir hissəsi olmayıb?” – deyə Erdan BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı və İsraildəki vəziyyətlə bağlı qətnamə ilə bağlı iclasında deyib.
//Samir Qurbanov, Editor.az

