İsrail Müdafiə Nazirliyinin rəhbəri ilk dəfə HƏMAS-ın siyasi bürosu rəhbərinin qətlinin arxasında yəhudi dövlətinin olduğunu etiraf edib.
Bu barədə İsrail mediası yazıb. “Biz husilərin strateji infrastrukturunu vuracağıq və onların liderlərinin başını kəsəcəyik. Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullahla etdiyimiz kimi, bunu Hudeydə və Sənada da edəcəyik”, – İsrail Katz bildirib.
Xatırladaq ki, İsmayıl Haniyə bu ilin yayında İranın paytaxtında öz iqamətgahında öldürülüb. O, evə atılan raketlə həlak olub.
//Samir Qurbanov, Editor.az