HƏMAS terrorçularının lideri Vladimir Putini təbrik etdibackend

HƏMAS terrorçularının lideri Vladimir Putini təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçu HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə həftə sonu keçirilən “seçkilər”də Vladimir Putini beşinci müddətə yenidən seçilməsi münasibətilə təbrik edib.

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Haniyə Rusiya prezidenti Vladimir Putinə yenidən Rusiya Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib”, – hərəkatın Teleqram kanalında yerləşdirilən mesajda deyilir. Haniyənin sözlərinə görə, o, Fələstin xalqını dəstəkləməkdə Rusiyanın mövqeyini yüksək qiymətləndirir.

“HƏMAS Rusiya ilə dostluq əlaqələrini gücləndirməyə və birgə əməkdaşlıq yollarını genişləndirməyə ümid edir və prezidentə Rusiya xalqının mənafeyində uğurlar arzulayır”, – bəyanatda deyilir.

//Samir Qurbanov, Editor.az