Fələstin anklavında HƏMAS terrorçularının məhv edilməsinə yönəlmiş əməliyyatın növbəti mərhələsi Qəzza zolağının şimalının təmizlənməsi ilə yekunlaşacaq.
“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Bu, asan məsələ deyil, lakin bu o demək deyil ki, biz bu işdən əl çəkəcəyik. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir.
Amma gec-tez bu bitəcək”
Editor.az bildirir ki, bunu SAXAL-ın ehtiyat sözçüsü Conatan Konrikus deyib. O, daha sonra xatırladıb ki, Qəzzada əməliyyatın son məqsədi terror infrastrukturunun tamamilə məhv edilməsidir.
//Samir Qurbanov, Editor.az

