HƏMAS Rusiya prezidenti Vladimir Putinin mövqeyinə cavab olaraq Rusiya vətəndaşlığı olan girovu azad edib.
Editor.az bildirir ki, bu barədə “ən-Nunu” məlumat yayıb. Nəşrin yazdığına görə, “girov bu yaxınlarda Qırmızı Xaça təhvil verilib”. HƏMAS bəyanatında qeyd edilir ki, girov həm də “Rusiyanın HƏMAS-ın işini dəstəkləməkdə tutduğu mövqeyin tanınması ilə” verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, girov mübadilə siyahısından kənar HƏMAS-la birbaşa razılaşmalar nəticəsində azad edilib. Zaxarovanın sözlərinə görə, azadlığa çıxan rusiyalının adı Ron Oleqoviç Krivoydur.
//Samir Qurbanov, Editor.az

