HƏMAS ya təslim olmalı və ya ölməlidir – Benyamin Netanyahubackend

HƏMAS ya təslim olmalı və ya ölməlidir – Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatı məhv edilənə qədər İsrailin Qəzza zolağında müharibə aparacağına bir daha söz verib.

O qeyd edib ki, İsrail hakimiyyəti bütün girovların azad edilməsi üçün səylərini davam etdirəcək.

Editor.az xəbər verir ki, Netanyahu bu sözləri xalqa müraciəti zamanı deyib. “Biz qələbəyə qədər mübarizə aparcağıq. Biz bütün məqsədlərimizə çatana qədər müharibəni dayandırmayacağıq: HƏMAS-ın ləğvi və bütün girovların azad edilməsinə qədər”, – Netanyahu deyib.

O, iddia edib ki, HƏMAS tərəfdarları ya təslim olmalı və ya öldürülməlidir, İsrail onlara başqa seçim verməyəcək. “HƏMAS-a təklif etdiyim seçim çox sadədir: ya təslim ol, ya da öl… Biz HƏMAS-ı məhv etdikdən sonra Qəzzanın bir daha İsraili heç vaxt təhdid etməyəcəyinə əmin olmaq üçün bütün gücümüzdən istifadə edəcəyik”, – Benyamin Netanyahu söz verib.

//Samir Qurbanov, Editor.az