HƏMAS yaraqlıları İsrail əsgərlərini atəşə tutubbackend

HƏMAS yaraqlıları İsrail əsgərlərini atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında müvəqqəti atəşkəs rejiminin HƏMAS tərəfindən pozulduğunu bildirib.

Editor.az İsrail ordusunun mətbuat xidmətinin Telegram kanalında verdiyi məlumata istinadən xəbər verir ki, yaraqlılar İsrail hərbçilərinə atəş açıblar.

“Son bir saat ərzində Qəzza zolağının şimalında iki fərqli yerdə İsrail ordusunun yaxınlığında üç partlayıcı qurğu işə düşüb ki, bu da atəşkəs razılaşmasının pozulması deməkdir”. İsrail hərbçiləri yaraqlılara cavab atəşi açıb.

Mətbuat xidməti bildirir ki, İsrail ordusunun bir neçə əsgəri yüngül xəsarət alıb. İsrail ordusu, hesabatda qeyd edildiyi kimi, atəşkəs zamanı razılaşdırılmış sərhədləri keçməyib. Bu gün səhər, noyabrın 28-də ərəb mediası İsrailin atəşkəsi pozması barədə yazıb. Bir gün əvvəl isə atəşkəs daha iki gün, yəni noyabrın 30-na qədər uzadılıb.

//Samir Qurbanov, Editor.az