Həmid Nəsirov vəzifəsindən ayrıldıbackend

Həmid Nəsirov vəzifəsindən ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gənclər və İdman Nazirliyinin rəhbərliyinin qərarı ilə işindən kənarlaşdırılıb.

Xatırladaq ki, ixtisasca hüquqşünas olan Baş İdarə rəisi Həmid Nəsirov bundan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzində məsləhətçi, daha sonra isə Göygöl Rayon İcra Hakimiyyəti başçının Aparatında Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Həmid Nəsirov 2020-ildən isə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda Kəpəz Peşəkar Futbol Klubunun İdarə heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının ərazi partiya təşkilatının sədridir.