”Həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək…”- Politoloqbackend

”Həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək…”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən əsir götürüb. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək? Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında ”Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyana dəstək Qərbin bəzi ölkələrindən gələcək: ”Kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni hərbiçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlizmizdədir”.