“Həmin ermənilər orada sadəcə istifadə olunmaq üçündür”-Millət vəkilindən AÇIQLAMAbackend

“Həmin ermənilər orada sadəcə istifadə olunmaq üçündür”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hər zaman sülhpərəst mövqeyini nümayiş etdirib. Cənab Prezident İlham Əliyev dəfələrlə sülh və kommunikasiya ilə bağlı çağırışlar edib. Hətta Ermənistan parlamentində çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan da sülh gündəliyini qəbul etdiyini deyib. Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən görüşlərdə Paşinyanın da sülh mövqeyini görmüşük. Görüş bitəndən sonra İrəvana qayıdan baş nazir ikibaşlı çıxışlara başlayıb. Bunun səbəbi bir müharibədən varlanan erməni lobbisi bir də təbii ki xarici ölkələrin əlində oyuncaq olan elə erməni hakimiyyətidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, bu gün Ermənistanın havadarlarına arxalanıb törətdiyi təxribatlar Brüssel danışıqlarında əldə etdiyi xalqların sülhə hazırlanması və düşmənçilik ritorikasından çəkinmə barədə razılığı şübhə altına alır:

” Əslində hər dəfə hər iki cəmiyyətin sülhə hazırlanması barədə ortaq məxrəcə gəlindikdən sonra tərəflər arasında hərbi toqquşma yaşanması bir daha sübut edir ki, Ermənistana sülh yox, münaqişənin uzanması lazımdır. İndiki mərhələdə Azərbaycan və Ermənistan arasındakı diplomatik səylər tam barışığa nail olmasa da, ən azından əlaqələrin normallaşmasına və etimad mühitinin yaradılmasına xidmət edə bilərdi. Bu günə kimi sadəcə zaman itkisi yaşanıb. Hər dəfə qarşı tərəfin maraqlarının artması vəziyyəti daha da çətinləşdirir. Mən tam əminliklə deyirəm Ermənistan hakimiyyətini Qarabağda yaşayan erməni əsilli vətəndaşların talehi qətiyyən maraqlandırmır. Həmin ermənilər orada sadəcə istifadə olunmaq üçündür. Ermənistan rəhbərliyi Azərbaycanla sülhü daha da gecikdirərək sərvətlərin talanmasına və kommunikasiya xətlərindən öz xeyrinə istifadəyə çalışır.
Ermənistandan keçən ticarət və nəqliyyat xətlərinin açılması iki xalq arasında etimad mühitinin tədricən yaranma ehtimalını artırır. Hazırda təəssüf edirəm ki, sırf buna maneə olmaq istəyən Ermənistan rəhbərliyi və onun havadarları hesab olunan ölkələrdir”.

//Gülnarə Abasova, Editor.az