“Həmin görüntülər Qubada çəkilməyib” – VİDEObackend

“Həmin görüntülər Qubada çəkilməyib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.