“Həmin şəxsin Azərbaycanda mühakimə olunmasını tələb etməliyik”- AÇIQLAMAbackend

“Həmin şəxsin Azərbaycanda mühakimə olunmasını tələb etməliyik”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla Azərbaycan arasında münasibətlərdə müəyyən dərəcədə istiləşmələr var. Xüsusilə Tehran rejimi çalışır ki, Azərbaycan orada səfirliyinin fəaliyyətini bərpa etsin. Bu xüsusda Azərbaycanla intensiv danışıqlar aparır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Azərbaycanın İrana qarşı müəyyən tələbləri var və onlar mütləq şəkildə yerinə yetirilməlidir:

” Xüsusilə Tehrandakı səfirliyimizə hücum edən şəxs layiqli cavab almalıdır. Həmin şəxsin Azərbaycanda mühakimə olunmasını tələb etməliyik. Ancaq görünür İran tərəfi buna getmək istəmir və mətbuatında həmin şəxsin edam olunacağı ilə bağlı qərarın olduğu vurğulanır. Bu gün artıq Tehran rejimindən məlumat verildi ki, hələ məhkəməyə çıxarılmayıb, yəni məlumat təkzib olundu. Ancaq buna baxmayaraq əgər KİV-ə belə bir məlumat çıxarılırsa demək ki, o edam oluna bilər. Belə bir qərar qəbul olunsa əlbəttə ki, bunu Azərbaycanla İran arasında münasibətlərin normallaşması istiqamətində Tehran tərəfindən ilkin müsbət addım kimi qiymətləndirmək olar. Xələf Xələfovun da İrana səfəri gözlənilir. Hesab edirəm ki, əgər edam hökmü çıxarılsa və Tehran Azərbaycana qarşı qeyri-konstruktiv siyasətini geri çəksə münasibətləri normallaşdırması mümkündür. Bu konteksdə Azərbaycan səfirliyi də Tehranda öz işini bərpa edə bilər”.

//Gülnarə Abasova, Editor.az