Həmkarının öldüyünü canlı yayımda eşidən aktrisa bu hala düşdü – Videobackend

Həmkarının öldüyünü canlı yayımda eşidən aktrisa bu hala düşdü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Almaz Mustafayevanın vəfat etdiyini canlı yayımda eşidən əməkdar artist Nahidə Orucova hönkürərək ağlayıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan aktrisa xəbəri eşidəndə çox sarsılıb.

O, ağlayaraq uzun müddətdir həmkarına baş çəkmək istədiyini deyib:

“Uzun vaxtdır xəstə idi, nə qədər dedim ki, gedim baş çəkim ona. Bu zəhrimar xəstəlik imkan vermədi. Elə bu yaxınlarda danışmışdıq. Tez-tez əlaqə saxlayırdıq. Necə baş çəkəydik, bu xəstəlik imkan verir ki, gedib kiməsə baş çəkək? Bilmirsən kimin nə xəstəliyi var, insan özünü, yaxınlarını qoruyur”.

Qeyd edək ki, 71 yaşlı aktrisa uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:

 

Həmkarının öldüyünü canlı yayımda eşidən aktrisa bu hala düşdü  - Video