“Həmrəylik göstərin – Rusiya diplomatlarını çıxardın” – Çexiyadan Aİ və NATO-ya çağırışbackend

“Həmrəylik göstərin – Rusiya diplomatlarını çıxardın” – Çexiyadan Aİ və NATO-ya çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hökuməti gələcək cavab tədbirləri barədə məlumatlandırmaq üçün Rusiya səfirini dəvət edib. Bu barədə Çexiya Xarici İşlər Nazirliyinə (XİN) istinadla «Röyter» agentliyi xəbər verib.

Praqada həm də Avropa İttifaqı və NATO-nu «həmrəylik işarəsi» olaraq, Rusiya diplomatlarını ölkədən çıxartmağa çağırıblar.

Xatırladaq ki, Çexiya hakimiyyəti aprelin 17-də 18 rusiyalı diplomatın ölkədən çıxarılması qərarı barədə xəbər verib. Praqanın versiyasına görə, söhbət diplomatik pərdə altında kəşfiyyatla məşğul olan əməkdaşlardan gedir. Çexiya hakimiyyəti belə addımı ona görə atıb ki, onların versiyasına görə, Rusiya xüsusi xidmətləri Çexiyanın Vrbetişe yaşayış məntəqəsindəki döyüş sursatı anbarında baş vermiş partlayışla (2014) əlaqəli olublar. O zaman iki nəfər həlak olub.