Henri Kissencer Ukraynanı güzəştə getməyə çağırdıbackend

Henri Kissencer Ukraynanı güzəştə getməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukraynada Rusiyaya “sarısıdıcı məğlubiyyət” vermək cəhdlərinə son qoymağa çağırıb.

Bunu Editor.az Rusiya mənbələrinə istinadən xəbər verir. O, bildirib ki, mövcud vəziyyət qarşısıalınmaz təlatümlərə səbəb olmazdan əvvəl Qərb dövlətləri Ukraynaya sülh danışıqlarını bərpa etmək üçün təzyiq göstərməlidir. Henri Kissincer Rusiyanın 400 ildir Avropanın ayrılmaz hissəsi olduğunu və kritik məqamlarda Avropanın güc balansının təminatçısı kimi çıxış etdiyini bildirib.

Ona görə də, Moskva ilə uzunmüddətli münasibətləri nəzərdən qaçırmamaq və Rusiyanı Çinlə müttəfiqliyə sövq etmək lazımdır. “Danışıqların (Rusiya və Ukrayna arasında) qarşıdan gələn iki ay ərzində bərpa olunması asan olmayacaq. Həmin danışıqlar təlatüm və gərginlik yaratmazdan əvvəl başlamalıdır. İdeal olaraq, Əvvəlki sərhəd xətti bərpa olunmalıdır. Bundan sonra müharibənin davam etdirilməsi Ukraynanın azadlığı üçün deyil, Rusiyanın özünə qarşı yeni müharibə olacaq”, – Kissincer deyib. Kissincer Şərqlə Qərb arasında “körpü” rolunu oynayan “neytral” Ukrayna ideyasının iflasa uğradığını bəyan edərək, bunun Ukraynada hərbi əməliyyatlar başlayandan sonra mümkünsüz olduğunu bildirib. Mayın 17-də Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Moskva ilə Kiyev arasında danışıqların Ukrayna tərəfinin təşəbbüsü ilə dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, onlar hərbi əməliyyatların “Rusiyanın qaydaları və planlarına uyğun getmədiyini” və Ukraynanın müqavimətinin artdığını dərk etmir. Danışıqlar bərpa olunanda isə ona Ukrayna prezidenti Vladimir Zelenski moderatorluq edəcək.

Editor.az