Henri Kissincer: Rusiya-Ukrayna danışıqları 2023-cü ilin sonunadək başlayacaqbackend

Henri Kissincer: Rusiya-Ukrayna danışıqları 2023-cü ilin sonunadək başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsləri 2023-cü ilin sonunadək danışıqlar prosesinin başlanmasına səbəb olacaq.

Editor.az bildirir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer özünün 100 illik yubileyi ərəfəsində CBS telekanalına müsahibəsində deyib. “Çin danışıqlara girdikdən sonra hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real danışıqlardan bəhs edə biləcəyik”, – Kissincer bildirib. Siyasətçi “ABŞ prezidenti xahiş etsəydi, Vladimir Putinlə danışıqlar üçün Moskvaya uçacaqdımı” sualını da cavablandırıb.

O, prezidentin müşaviri kimi buna “meyilli olacağını” söyləyib. Qeyd edək ki, Çin öz sülh planını 2023-cü il fevralın 24-də, Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ildönümündə təklif edib. Plan rus qoşunlarının çıxarılmasını nəzərdə tutmur və ərazi mənsibiyyəti məsələsini həll etmir. Buna görə də ABŞ prezidenti Co Bayden Çinin planının yalnız Rusiyaya sərfəli olduğunu bildirib. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Pekinin təklifləri konkret tədbirlər planı deyil, yalnız məsələ ilə bağlı fikirlərdir. Vladimir Putin isə Çin planının əsas götürülməsini təklif edib.

  //Samir Qurbanov,Editor.az