Hər anın bir hökmü var – Zəlzələ niyə gecələr baş verir?backend

Hər anın bir hökmü var – Zəlzələ niyə gecələr baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, gecə ölkəmizdə 4,9 maqnitudalı zəlzələ olub. Artıq bu zəlzələlər mütəmadi xatakter alıb. Silkələnmələrin vaxtına diqqət yetirsək, onların əsasən gecə saatlarında baş verdiyi müşahidə olunur. Bəs görəsən, vaxt məsələsinin bir anlamı varmı? Təsadüfdür, yoxsa təbiətin sirri?

Məşhur türkiyəli seysmoloq Naci Görür gördüklərini və bildiklərini Publika.az-danışıb. Bildirib ki, zəlzələlərin səhər və ya axşam baş vermə ehtimalı eynidir.

“Müxtəlif saatlarda olan zəlzələlər təsadüfidir. Zəlzələnin dəqiq vaxtı yoxdur. Gecə-gündüz, bütün fəsillər, hər an, hər dəqiqə ola bilər. Soyuq-isti fərq etmir. Zəlzələ yer qabığına təsir edən lövhələrin hərəkəti ilə bağlıdır. İqlimlə əlaqəsi yoxdur. Zəlzələnin gecə olması təsadüfdür”.