Hər ay cəbhədə 30.000 rus əsgəri ölürbackend

Hər ay cəbhədə 30.000 rus əsgəri ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hər ay cəbhə xəttində təxminən 30.000 əsgərini itirir.
Bunu Prezident Volodimir Zelenski Hollandiya parlamentindəki çıxışı zamanı bildirib: “Putin insanlara inanmır.

O, yalnız gücə və pula inanır. O, hər ay cəbhə xəttində təxminən 30.000 əsgərinin həyatını boşa verir. Yaralıları demirəm, hər ay 30.000 nəfər öldürülür. Bir ayda 25.000 rus öldürülüb. Başqa bir ayda isə 31.000. Bu ölümləri təsdiqləyən dron videolarımız var. Rus hücumları həmişə dəlicəsinə qanlı olur. Amma Putinin vecinə deyil”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, ruslar ölənlərini saymırlar, amma itirdikləri hər dolları, hər avronu sayır: “Buna görə də Rusiya pulu ilə bağlı güclü bir qərar qəbul etmək lazımdır və bu vəsaitlər Rusiyadan müdafiə olunmaq üçün işə salınmalıdır. Sizi buna dəstək olmağa çağırıram”, – deyə dövlət başçısı vurğulayıb. O, həmçinin vurğulayıb ki, Rusiya qonşuları təhlükəsiz olanda özünü təhlükəsiz hiss etmir, qonşuları yaxşı olanda isə özünü pis hiss edir: “Rusiyanı razılaşmağa məcbur etmək kifayət deyil, onu öldürməyi dayandırmağa məcbur etmək də kifayət deyil. Biz Rusiyanı bu dünyada qaydaların olduğunu və bunun hər kəsi aldada bilməyəcəyini qəbul etməyə məcbur etməliyik. Bu, davamlı sülhə aparan yoldur”, – deyə prezident əlavə edib.

//Samir Qurbanov, Editor.az