Hər birimiz dövlət və ictimai maraqları fərdi maraqdan üstün tutmalıyıqbackend

Hər birimiz dövlət və ictimai maraqları fərdi maraqdan üstün tutmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət nəticə etibarilə Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsini təmin edir. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Bu iki amil xalq üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir. Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycan  da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir.

Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Müstəqil, demokratik, hüquqi dövlətlərdə düzgün siyasət həyata keçirildikdə milli və dövlət maraqları üst-üstə düşür.  Prezident İlham Əliyevin uğurla yürütdüyü dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas yerlərdən birini tutur. Bu gün Azərbaycan cəmiyyəti və dövləti birmənalı olaraq milli maraqların keşiyində dayanır.

Bəs bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması üçün hansı addımlar atılır?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır:

“Hər birimiz dövlət və ictimai marağı fərdi maraqdan üstün tutmalıyıq. Təəssüf ki, bəzən ayrı-ayrı şəxslərin, təşkilatların, dövlət qurumlarının bir sıra hallarda fərdi maraqları ictimai mənafedən üstün tutduğunu da görürük. Lakin ümumilikdə mütləq əksəriyyət həmin prinsipi qorumağa çalışır”.

Deputatın sözlərinə görə, vətəndaşlarımız bu məsələdə həssas və diqqətli olmalıdır: “Ölkə rəhbərliyi də bu istiqamətdə müvafiq addımlar atır. Ümid edirəm ki, bu ənənə getdikcə Azərbaycanda daha da möhkəmlənəcək. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün kifayət qədər işlər görülür. Əvvəlki illərlə müqayisədə bu sahədə böyük irəliləyiş var. Hər bir dövlət qurumunun əsas amalı və məqsədi insan hüquq və azadlıqlarının qorunması, insanlara hörmətlə yanaşılmasıdır. Qarşımızda duran əsas məsələ də həmin istiqamətdə işlək mexanizmin yaradılması və daha da gücləndirilməsidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov da məsələyə münasibət bildirib: “Vətən müharibəsi Azərbaycan vətəndaşlarının Azərbaycan dövləti ilə həmrəyliyini bir daha təsdiq etdi. Hər zaman vətəndaşlarımızın dövlətə dəstəyini müşahidə etmişik. Bu çox vacib amildir. Bugünkü uğurlarımızın əsas səbəblərindən biri də məhz dövlət və xalqın həmrəy olması, dövlət və ictimai maraqları tələb edən məsələlərdə bir-birinə dəstək olmasıdır”.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan üçün ən vacib məsələ təhlükəsizliyinin tam bərqərar olması, Ermənistanla sülh müqaviləsinin imzalanması və işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma işlərinin aparılmasıdır: ” Bu istiqamətdə işlər davam edir. Vətəndaşlarımızın da dəstəyini müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurmasında da iş adamlarımız aktiv şəkildə müraciət edir, dəstək olur, yeni layihələri təqdim edirlər. Bütün bunlar ondan xəbər verir ki, yeni mərhələdə  həm Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının formalaşması, reinteqrasiyası, həm də bütövlükdə Azərbaycan iqtisadiyyatının yeni inkişaf dönəminə daxil olduğu anda həmrəyliyi daha yaxından müşahidə edə biləcəyik”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.