“Hər gün səhər oyanıb, ərim üçün yemək hazırlayıram” – VİDEObackend

“Hər gün səhər oyanıb, ərim üçün yemək hazırlayıram” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aysun İsmayılova gündəlik həyat tərzindən söz açıb. 

Editor.az  bizim.media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Aysun bildirib ki, hər gün səhər oyanıb həyat yoldaşı, vəkil Ramil Vəliyev üçün yemək hazırlayır:

“Gecə saat 11 və 12-də yatıram. Səhər saatlarında oyanıram. Saat 9-da isə həyat yoldaşım işə gedir. Oyanan kimi də hər gün həyat yoldaşıma yemək hazırlayıram. Onu yola salandan sonra evi biraz yığışdırıram. Daha sonra öz işlərimin arxasıyca gedirəm. Axşam saatlarında yarım saatlıq şou proqramlarına gedirəm. Çıxış etdikdən sonra da evimə gəlirəm. Amma uzaq yola çıxacağamsa, həyat yoldaşım üçün axşamdan yemək hazırlayıram ki, yeməyi olsun. Bütün işlərimi çatdırıram”.

Qeyd edək ki, Aysun İsmayılova hamilədir. Onun bir neçə aydan sonra qız övladı dünyaya gələcək. Aysun ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.