Hər günümüzü sevgi dolu yaşamalıyıq, lakin bunun adiləşməməsi üçün özəl günlərin qeyd olunması önəmlidir- Psixoloqbackend

Hər günümüzü sevgi dolu yaşamalıyıq, lakin bunun adiləşməməsi üçün özəl günlərin qeyd olunması önəmlidir- Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyada olduğu kimi, biz də artıq illərdir, 14 fevralı “Sevgililər Günü” kimi qeyd edirik. Cəmiyyətimizdə bu günü təmtəraqlı qeyd edənlər də var etməyənlər də…

“Sevgililər günü”nün əhəmiyyəti ilə bağlı Editor.az-a danışan psixoloq Leyla Əli bildirib ki, bu gün sevgi haqqında söhbətlər çoxalsa da  həqiqi sevginin azaldığını müşahidə edirik:

 

“Hər günümüzü sevgi dolu yaşamalıyıq, lakin bunun adiləşməməsi üçün özəl günlərin qeyd olunması önəmlidir. Vacib məqam yaşanan hər günü xüsusi və fərqli ab-havada keçirməyə cəhd etməkdir. Söz xatirinə və ya adlanması naminə deyil. Hiss edərək yaşamaq üçün. Sevgi ifadə edildikdə azalmır, əksinə daha da artır. Sevgi ilə qalın..”

//Gülnarə Abasova, Editor.az