“Hər hansı beynəlxalq məhkəmənin Azərbaycan üzərinə belə bir öhdəlik qoymağa ixtiyarı yoxdur”-Deputatdan ŞƏRHbackend

“Hər hansı beynəlxalq məhkəmənin Azərbaycan üzərinə belə bir öhdəlik qoymağa ixtiyarı yoxdur”-Deputatdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinə dair Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərarla bağlı sualı cavablandıran Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, erməni tərəfi bundan beynəlxalq səhnələrdə maksimum istifadə edəcək.

“Laçın dəhlizinin blokadası siyasi baxımdan Ermənistan və Artsaxdan daha çox Azərbaycana zərər vurub. Bəli, biz əziyyət çəkmişik, bəli, ağır narahatlıq yaşayırıq, soydaşlarımız təcrid olunub, çoxlu problemlərimiz var, lakin siyasi mənada Azərbaycan çıxılmaz vəziyyətə düşüb”,-deyə o qeyd edib.

Məsələni Editor.az-a şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ermənilər daxili auditoriya üçün belə bir uğur haqqında nağıllar uydura bilərlər:

“Amma mahiyyətcə əslində biz bölgədə yolu nəzarətə götürmüşük hər hansı beynəlxalq məhkəmənin də hüququ yoxdur ki, Azərbaycan ərazisində bu problemlə bağlı belə bir qərar çıxartsın. Onda beynəlxalq məhkəmə paralel olaraq həm də Naxçıvana gedən yol barədə də qərar çıxartmalıdır. Əgər bu hal baş vermirsə, hər hansı formada Azərbaycan üzərinə belə bir öhdəlik qoymağa ixtiyarları yoxdur. Ölkəmiz də belə qərarları yerinə yetirməyə borclu deyil. Məsələnin mahiyyəti məhz elə budur”.

Deputatın sözlərinə görə, bu kimi hallarda daha qətiyyətli davranmalıyıq:

“Beynəlxalq təzyiqə boyun əymədən postlarımızı qurub erməniləri nəzarətə götürməliyik. Paralel danışıqlar da getməlidir. Onlar bunu “qələbə” kimi qeyd edə bilərlər. Çünki Fransa senatının qərarını da belə qəbul etmişdilər. Amma bu qələbənin yığılan məhsulu yoxdur. Ona görə də bu boş məsələdir və belə cəfəngiyatla məşğul olmasalar, problemin həllinə töhfə versələr daha yaxşı olar”.

//Safura Bənnayeva, Editor.az