“Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti dost, qardaş və müttəfiq dövlətdirlər”.
Bu sözləri Editor.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xarici işlər nazirini qəbul etməsi ilə bağlı danışarkən millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının uğuruna Türkiyə Cümhuriyyəti, Türkiyə Cümhuriyyətinin uğruna isə Azərbaycan sevinir və fəxr edir:
“Keçdiyimiz gün Azərbaycanın dövlət başçısı Türkiyənin xarici işlər nazirini qəbul etdi, eyni zamanda, Türkiyə xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri arasında səmimi görüş keçirilib. Bu görüşlər təkcə xarici işlər nazirləri səviyyəsində deyil, Azərbaycan və Türkiyədəki bütün dövlət qurumlarının bir-biri ilə bu cür görüşləri baş tutur. Çünki hər iki dövlətin biri-birinə münasibətində müttəfiqliklə yanaşı, böyük hörmət və sevgi var.
Qeyd edim ki, bir həftəyə yaxındır ki, Azərbaycan-Türkiyə parlament dostluq qrupu Ankara şəhərindədir, dövlət başçısı səviyyəsində qəbul olunmuşuq. Hər iki dövlət münasibətlərin müxtəlif istiqamətlərində inkişafı üçün çalışır”.
//Səbinə Hüseynli, Editor.az

