Hər iki sakindən biri Kiyevi tərk edirbackend

Hər iki sakindən biri Kiyevi tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda hər ikinci sakin təhlükəsizlik problemlərinə görə Kiyevi tərk edib.

Bu barədə məlumat xarakterli telemarafon zamanı paytaxt meri Vitali Kliçko bildirib.

“Son məlumatlara görə, hazırda Kiyevin hər ikinci vətəndaşı Kiyev şəhərini tərk edib. İndi burada 2 milyondan bir az az sakin var. Buna baxmayaraq, Kiyev indi qalaya çevrilib. Hər küçə, hər bina, hər keçid məntəqəsi gücləndirilir”, – mer qeyd edib.

Merin qardaşı Vladimir Kliçko da öz növbəsində Kiyevdən olan kişilərin ailələrini çıxararaq şəhərə qayıtmasına diqqət çəkib.

Mer qeyd edib ki, orkların Kiyevi ələ keçirmək planları şiddətli döyüşlərin getdiyi Buça, Vorzel, İrpen, Qostomeli müdafiə edən kişilər sayəsində həyata keçmir.

“Bizim uşaqlar Kiyevi mühasirəyə almaq üçün bütün planları puç edir və biz bu istiqamətdə bütün gücümüzlə kömək edirik”, – Kliçko bildirib.

Onun sözlərinə görə, müdafiəyə hətta musiqiçilər, aktyorlar da cəlb olunub.

“Heç vaxt belə bir ruh olmayıb. Hamı deyir ki, heç nə olmayacaq, şəhər təslim olmayacaq, düşmənə keçməyəcək. Mən hamıya açıq deyə bilərəm: şəhər ayağa qalxıb”, – mer vurğulayıb.

Milli.az