“Qış mövsümi ilə əlaqədar Rusiya-Ukrayna müharibəsində fəal hərbi əməliyyatlar keçirmək üçün münbit şərait yoxdur”.
Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Fərhad Məmmədov deyib.
Politoloq bildirib ki, hər iki tərəf əldə etdiyi mövqeləri qoruyub saxlamağa çalışır:
“Böyük ehtimal Rusiya yenidən uzaqmənzilli raketlər vasitəsilə Ukraynanın silah anbarlarını, yollarını hədəfə alacaq. Müharibə hələki aşağı intensivlikdə davam edir. Hər iki tərəfdə maksimal nəticə əldə biləcəklərinə dair inam var. Belə bir şəraitdə isə adətən tərəflər danışığa getmir.
Müharibə region dövlətlərinə müsbət heçnə vəd etmir. Hazırda region dövlətləri müharibə edən hər iki dövlətlə qarşılıqlı əlaqələri qoruyub saxlamağa çalışır”.
//Səbinə Hüseynli, Editor.az

