“Hər iki tərəfdə barışıq istəməyən radikal qüvvələr var”- ŞƏRHbackend

“Hər iki tərəfdə barışıq istəməyən radikal qüvvələr var”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin münasibətlərinin müharibə vəziyyətinə gəlib çıxması 3-5 günün məsələsi deyil”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələnin kökü 70-80 il əvvəl gedən proseslərə dirənir:

“BMT-nin 1947-ci il qətnaməsinin pozulması və bu qətnaməyə uyğun olaraq Yaxın Şərqdə İsrail və Fələstin dövlətinin yaradılması tələbi yerinə yetirilmədiyinə görə, 10 illər boyunca Yaxın Şərq qan dəryasına dönüb və bu prosesin qarşısını almaq olmur. Dəfələrlə iki ölkə arasındakı münasibətlər qanlı müharibələr şəraitinə gəlib çıxıb. Bir çox ölkələrin proseslərə qoşulması hərbi əməliyyatların miqyasını genişləndirib, həm də çox sayda can itkilərinə səbəb olub. Müxtəlif dövrlərdə son 30-40 il ərzində Fələstin xalqı ilə İsrailin münasibətləri qanlı toqquşmalara gətirib çıxarıb. Bu problemin BMT qətnaməsinə uyğun həll olunmamasının nəticəsidir ki, müəyyən qüvvələr radikallaşıb. İstər İsrail, istərsə də Fələstin tərəfindən barışıq istəməyən radikallar var. Bu məsələdə Qərbin vasitəçiliyi müsbət rol oynamayıb. Həm 1970, həm də 1990-cı illərdə Qərb ölkələrinin məsələyə müdaxilələri problemin birdəfəlik həllinə deyil, daha da uzadılmasına xidmət edib. Hətta bir sıra hallarda Qərb ölkələrinin atdığı addımlar problemin daha da kəskinləşməsinə yol açıb.

İsrail-Fələstin müharibəsinin dayandırılması zamanın tələbidir. Müharibə dayandırılmazsa, regional və dünya müharibəsinə səbəbiyyət verə bilər”.

//Səbinə Hüseynli, Editor.az