“Bu, əslində ABŞ-a verilən bir mesajdır ki, Ukraynaya yardımı davam etdirmək lazımdır”.
Bunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin (Josep Borrell) Ukraynaya dəstək üçün ehtiyatlarının tükəndiyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Siyasi analitik bildirib ki, artıq Avropada Ukraynaya yardım etmək üçün hərbi resurslar həqiqətən də tükənir:
“Digər tərəfdən bunun arxasında Rusiya ilə Ukraynanın sülhə getmək məsələsi var. Həm də Ukrayna hərbi rəhbərliyi Valeri Zalujninin istefaya göndərilməsi də bu konteksdə ciddi maraq doğurur. Belə ki, prosesləri yekunlaşdırmaq lazımdır. Hər iki tərəfin müharibənin dayandırılmasına ehtiyacı var. Bəs birinci addımı kim atacaq? Kim birinci addım atacaqsa, həmin tərəf gərək itkiləri də nəzərə alsın”
//Gülnarə Abasova, Editor.az

