Hər il təxminən 1 milyon itin kəsilib yeyildiyi ölkədə it əti yemək qadağan olundubackend

Hər il təxminən 1 milyon itin kəsilib yeyildiyi ölkədə it əti yemək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya it əti yeməyi dayandırmaq qərarına gəlib.

Editor.az bildirir ki, bununla bağlı ölkə parlamenti müvafiq qanun layihəsini qəbul edib. Qanun itlərin yem üçün yetişdirilməsini və kəsilməsini və it ətinin satışını qadağan edir. Qanunu pozanları cərimə gözləyir: ət üçün it kəsmək üçün 30 milyon von (22,8 min dollar); itlərin yetişdirilməsi və it ətinin satışı üçün 20 milyon von (15,2 min dollar).

Üç illik müddət keçid dövrü elan edilib. Bu müddət ərzində heç bir cəza tətbiq edilməyəcək. Həmçinin növbəti üç ildə menyusunda it əti olan it fermaları və restoranlar bağlanmalı və ya təyinatı dəyişdirilməlidir.

“The Chosun Ilbo” qəzetinin yazdığına görə ümumilikdə Cənubi Koreyada it əti 1,6 min kafe və restoranda təqdim olunur. 1,1 min it ferması bu sənaye üçün işləyir. Ölkədə hər il təxminən 1 milyon it yeyilir. Qeyd edək ki, dünyada it ətinin qida kimi istehlak edildiyi bir neçə başqa ölkə də var.

//Samir Qurbanov, Editor.az