“Hər kəsi elə bilirdi ki, film çəkilir” – bir-birinə silah çəkib dava salan polislər işdən qovuldubackend

“Hər kəsi elə bilirdi ki, film çəkilir” – bir-birinə silah çəkib dava salan polislər işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada günün günorta çağı avtomatlarla silahlanmış yol patrul xidməti əməkdaşlarının davası şəhərdə ən çox müzakirə olunan məsələ olub. Əvvəlcə sosial şəbəkələrdə yerli sakinlər videoya düşən polislərin hansısa film, serial və ya videoda bloq üçün çəkildiyini düşünüblər. Kadrlardan görünür ki, münaqişə edən tərəflər yoldan keçənlərdən qətiyyən çəkinmədən dalaşır, bir-birinə hətta  silah da çəkir.

Editor.az rus mediasına istinadən xəbər verir ki, artıq hər iki əməkdaş DİN-dən xaric edilib. Təhqiqat da təyin edilib, onun nəticələrinə əsasən hadisə iştirakçılarının və onların bilavasitə rəhbərlərinin hərəkətlərinə hüquqi qiymət veriləcək. Davanın səbəbi açıqlanmır. maarqlıdır ki, internetdə daha çox döyüşün möhtəşəmliyini müzakirə edirlər: uğursuz baş zərbəsi, münaqişə iştirakçısının avtomatla yerə yıxılması və həmkarlarını ayırmağa gələn polislər.

Milli.az