Hər tərəfdən əli üzülmüş Ermənistan hakimiyyəti ikinci yolunun qalmadığını anlayır- AÇIQLAMAbackend

Hər tərəfdən əli üzülmüş Ermənistan hakimiyyəti ikinci yolunun qalmadığını anlayır- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan delimitasiya və demarkasiya prosesinə hazırdır. O, Azərbaycanın reaksiyasını gözlədiklərini deyib. Düşünürəm ki, Azərbaycan tərəfi beynəlxalq hüququn prinsiplərinə və qəbul edilmiş xəritələr əsasında delimitasiya prosesinin aparılmasına öncədən hazırdır və bunda israrlıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə hava şəraitinin uyğun olmaması bu prosesi gecikdirə bilər:

“Lakin delimitasiya prosesi özlüyündə onsuz da uzun çəkən prosesdir. Hesab etmirəm ki, bu şərt Azərbaycan tərəfindən qəbul olunsun və güzgü prinsipi icra olunsun. Münaqişənin başlandığı ilk gündən Azərbaycan prezidentinin bütün beynəlxalq tribunalarda tək ritorikası ondan ibarət olub ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Bu tələb sərhədlərin müəyyənləşməsi prosesində də öz yerini tapır və tapacaq. Ermənistanın mövqeyinə gəldikdə isə, hər zaman ən yaxşı halda ikili mövqe göstərən bir dövlətin rəsmilərinin bəyanata hansı çərçivədə və hansı zamanadək qüvvədə olduğunu demək çətindir. Lakin reallıqlar prizmasından baxsaq, qarşı tərəfin dalana dirəndiyini görmək mümkündür. İndiyədək Paşinyan KTMT-dən yardım almağa çalışdı. Lakin Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərini nəzərə alıb onun istəyini reallaşdırmadı. İrəvan klanının Qərblə bağlı da arzuları ürəyində qaldı. Avropa rəsmilərinin vasitəçiliyi ilə keçirilən görüşlərdən də məlum oldu ki, Qərb cinahı Ermənistan üçün əlini daşın altına qoymaq fikrində deyil. Hər tərəfdən əli üzülmüş Ermənistan hakimiyyəti ikinci yolunun qalmadığını anlayır və eyni zamanda Azərbaycan ordusunun növbəti dəmir yumruğu ilə qarşılaşmaq istəmir”.

//Gülnarə Abasova, Editor.az