“Hər üç paytaxtın vasitəçilik iddiası bir-birinə qarşı çevrilib”-ŞƏRHbackend

“Hər üç paytaxtın vasitəçilik iddiası bir-birinə qarşı çevrilib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması 2024-cü ildə gerçəkləşə bilər”.

Bu sözləri Editor.az-a Azərbaycanla Ermənistan arasında münasibətlərlə bağlı danışarkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, formal olaraq bu proses asan görünsə də iki ölkə arasında sülh sazişinin imzalanması yolunda hələ də maneələr var:

“Doğrudur, indiyə qədər ən böyük maneə olan dövlətlərin ərazi bütövlüyünün 1991-ci il BMT-nin Alma-Ata sazişinə uyğun olaraq tanınması problemi ortadan qalxıb. Bu, vaxtilə sülh sazişi yolunda böyük maneə kimi nəzərdən keçirilirdi. Ancaq Azərbaycanın iradəsi ilə iki ölkə bu maneəni aşa bilib və hazırda sülh sazişinin imzalanması istiqamətində ən böyük problem həllini tapıb. Lakin sülh sazişinin imzalanması üçün danışıqlar bərpa olunmalıdır. Bu danışıqların isə hələ ki uzun fasilədən sonra hansı formatda bərpa olunacağı bəlli deyil. Danışıqların Vaşinqton, Brüssel və ya Moskvanın vasitəçiliyi ilə aparılacağı da hələlik bilinmir. Hər üç paytaxt bu danışıqlarda vasitəçi olmaq iddiasını gizlətmir. Çox pis haldır ki, hər üç paytaxtın vasitəçilik iddiası demək olar ki, biri-birinə qarşı çevrilib və bu da prosesə öz mənfi təsirini göstərir.

Sülh sazişinin ikitərəfli danışıqlar nəticəsində imzalanması məsələsinə də Azərbaycan nail olub. Yəni Azərbaycanın təklifinə görə, sülh sazişinin mətni ilə bağlı danışıqlar ikitərəfli formatda da bərpa oluna bilər və bu danışıqlar iki ölkə sərhəhində də gedə bilər. Fikrimcə,  Azərbaycanın sülh sazişi üzrə ikitərəfli danışıqlar üzrə təklifi bərpa olunarsa, bu sülh sazişi yolunda daha bir uğurlu addım olacaq.  Sülh sazişi ilə bağlı bütün məsuliyyət demək olar ki, Ermənistanın üzərindədir. Çünki Ermənistan müstəqil siyasət yürüdə bilmədiyindən danışıqların ikitərəfli formatda aparılması çətinləşir”.

//Səbinə Hüseynli, Editor.az