Ermənistanda iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı seçki kampaniyası rəsmi olaraq iyunun 7-də başlayacaq. Hakim “Mülki Müqavilə” partiyası seçkilərə təkbaşına gedir.
Editor.az xəbər verir ki, Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan səslərin ən azı 60 faizini qazanacağına ümidli olduğunu bildirib.
Erməni mətbuatının yazdığına görə, onun partiyası şənbə günü axşam Ermənistandakı seçki kampaniyası çərçivəsində pul toplama tədbiri təşkil edəcək.
Qeyd edilib ki, partiya ötən il konstitusiya dəyişikliklərinə dair referendumdan əvvəl də bənzər bir tədbir təşkil edib və təxminən 384 min dollar vəsait toplanıb.
//Yenisabah

