Hərbçi Goranboyda qəzaya düşdü – FOTObackend

Hərbçi Goranboyda qəzaya düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az  xəbər verir ki, qəza Ağcakənd qəsəbəsi istiqamətində qeydə alınıb.

İdarəetmədən çıxan VAZ-2107 markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Sükan arxasında olan hərbçi – 2002-ci il təvəllüdlü Rüstəm Abdullayev xəsarət alıb, ona zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. /”Unikal”