Hərbçilər Polad Həşimovun arzusunu necə reallaşdırdılar? – VİDEObackend

Hərbçilər Polad Həşimovun arzusunu necə reallaşdırdılar? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla sərhəd xəttinin formalaşmasında Ermənistanın ötən əsrin əvvəllərində olan xəritələrə deyil, son illərə aid xəritələrə istinad həvəsi təsadüfü deyil. Onlar bu gün Ermənistan adlandırılan torpaqların əksər hissəsinin 1918-1920-ci illərdə Azərbaycana aid olduğunu unutmağa və unutdurmağa çalışırlar. Uzun müddət həsrət qaldığımız Buğdadağa, Bala Göyçəyə qovuşduğumuz kimi digər tarixi torpaqlarımıza gedəcəyimiz gün isə, uzaqda deyil. Növbəti reportajımız da uzun illər düşmən əsarətində qalan Buğdadağ və Bala Göyçədən bəhs edir.

Bala Göyçə gölünün sahilində.O ki qaldı, bu gölün Azərbaycan-Ermənistan şərti sərhəddinin yaxınlığında yerləşməsindən narahat olan ermənilərə, onlara xatırlatmaq istəyirik ki, Göyçə su hövzəsinin yarı hissəsindən çoxu 1918-1920-ci illər xəritələrinə görə, Azərbaycan Xalq Cumhuriyyərtinin ərazisi kimi qeyd olunub. Bu ərazilərə yenidən gəlməyimiz isə, ötən ilin sentyabrında qəhrəman Azərbaycan Əsgərinin rəşadəti nəticəsində Buğdadağ yüksəkliyinin azad olunmasından sonra mümkün olub.

Azərbaycan təbiətinin bu inçisi Bala Göyçə ilə yanaşı, “Qaçaqların Göygölü”, “Daşkəsən Göygölü” də adlandırılıb. Buğdadağ yüksəklikliyi və Şahdağ silsiləsinin baş zirvəsi Hinaldağ ilə əhatə olunan göl uzun müddət erməni hərbçilərin müxtəlif çaplı silahlarının atəş zolağında olub. Buğdadağı işğal altında saxlayan Ermənistan Ordusu təkçə Bala Göyçə gölünü deyil, 30 kmdən çox hava xətti boyunca dağlığ ərazini də müşahidə altında tutmaq imkanına malik idi. Erməni hərbçiləri bu imkandan istifadə edərək Azərbaycan Ordusu bölmələrinin Daşkəsən-Göyçə istiqamətində davamlı təxribatlar törədirdilər. Ötən ilin sentyabrında törədilən təxribatın qarşısı alınarkən, Buğdadağ azadlığına qovuşdu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Zəfər Bayramında Şuşada çıxış edərkən “Fərrux”, “Qisas” və “Buğdadağ” əməliyyatları ilə Azərbaycan Ordusunun yeni hərbi-siyasi reallıqlar yaratdığını qeyd etməsi təsadüfü deyil.
Ərazinin mürkkəb relyefə malik olmasına və minaların basdırılmasına baxmayaraq, bölgədə ən strateji yüksəklik olan Buğdadğı qısa bir zaman ərzində erməni işğalından azad elədi və üçrəngli Azərbaycan Bayrağımızı Buğdadağ zirvəsində dalğalandırdı.

Yeni reallıqla barışmaq istəməyən Ermənistan Buğdadağı geri qaytarmaq üçün çox cəhdlər etdi. Yüksəklikdə yerləşmiş Azərbaycan Əsgəri üçün ən təhlükəli təxribatı əraziyə gətirilən minaatan batareyası törədə bilərdi. Lakin xüsusi komando qurupları düşmənə bu planı da həyata keçirməyə imkan vermədi. Düşmənin 1 minaatan batareyası qədər canlı qüvvəsi burda cəmləşmişdi. Arxada gördüyünz yüksəklikdə. Həmin onlar bizim təminat yollarının atəşdə saxlanılmasında, həm də bizim Buğdadağında əməliyyat yerinə yetirən qüvvələrimizin atəş altında qalmağına gətirib çıxarırdılar. Bundan sonra onalrın yerini müəyyənləşdirdik və gecə vaxtı qəfil basqı düşmənin canlı qüvvəsini tamailə məhv elədik… ..Biz ərazinin relyefindən və bitki-ot örtüyündən maskalanma istifadə elədik profesinal şəkildə. Onların 20-30 metr yaxınlığına gəlib çıxmışdıq. Onlar gözlərini açanda artıq, bizim ilk atəşdən sonra anladılar ki, biz gəlmişik, onların yaxınlığındayıq.

Çay yatağıynan irəliləyərək düşmənin 3 ədəd maşının pusquya saldıq. 30- yaxın qüvvəsi məhf edildi, 1 ədəd Ural maşının qənimət olaraq götürdük, 2 ədəd maşını sıradan çıxartdıq….

– Səhv eləmirsə, bu yolda idiniz?

– Bəli, bu yolda pusquya saldıq…

Bu tapşırığı yerinə yetirmək üçün müasir silahlar və təhcizatla yanaşı 2 əsas amil lazım idi: fiziki və psixoloji dözümlülük. Sentyabr döyüşlərində Azərbaycan Silahlı Qüvvələri Qafqazın deyil, dünyanın güclü ordularından biri olduğunu bir daha sübut etdi.

Cavidan Səlimov, komando​ 8451 Düşmən əl qumbarasından istifadə edib ortamıza qumbara atdı və bunun nəticəsində yaralandıq. Və bundan sonra bir nəfər şəhid verdik Buğda postunda şəhid verdik – gizir İmamverdiyev Asiman….. Rəhmətlik general Polad Həşimovun arzularıydı ki, bu postlar ələ keçririlsin. Generalımızın bu günkü gün arzularını yerinə yetirdik. Cənab generalımıza Allah rəhmət eləsin və bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Görülən koordinasiyalı fəaliiyət nəticəsində qarşı tərəf ciddi itkilər verdi. Minaatan batareyası darmadağın edildi. Hərbi qənimət olaraq götürülüən minaatanlar isə Azərbaycan Ordusunun arsenalındadır.
Ölkəmizdə komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılıb. Qısa müddət ərzində Azərbaycan komandosu onlarca kilometr dərinliyə sızaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirmək bacararığını dəfələrlə sübut edib.
Komando bölmələrinin yeni yaranmasına baxmayaraq, öz fəaliyyətini, döyüüş tapşırıqlarını Buğdadağ istiqamətində nümayiş etdirmişdir. Bunun əsas səbəblərindən biri də bizim komando bölmələrində fəaliyyət göstərən hərbi qulluqçuların böyük əksəriyyətininn 44 günlük Vətən müharibəsində fəaliyyət göstərmiş, döyüş görmüş hərbi qulluqçulardır.

Mən fəxr edirəm ki, Azərbaycan Komandosuyam!

Şöhrət Eyvazov, müxbir – Buğdadağ yüksəkliyinə Azərbaycan ordusunun nəzarət etməsi postmüharibə dövründə ən uğurlu əməliyyatlardan biridir. Şuşa və Hadrutda olduğu kimi burda da əsas amil Azərbaycan ordusunun gücü, qüdrəti, peşəkarlığı ilə yanaşı əməliyyatın gözlənilməzliyi olub.