Hərbi çağırış məntəqələrində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilibbackend

Hərbi çağırış məntəqələrində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi çağırış məntəqələrində aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib

Ukrayna Müdafiə Nazirliyi ərazi çağırış və sosial dəstək mərkəzlərində (hərbi çağırış və komandirlər) plandankənar yoxlamalar aparır.

Editor.az xəbər verir ki, nazir Rüstəm Umerov bir çox qanun pozuntularının müəyyən edildiyini açıqlayıb. “Müdafiə Nazirliyinin komandası bütün çatışmazlıqları sistemli şəkildə düzəltmək üçün çalışır”, – deyə Umerov Facebook-da yazıb.

O, Ukraynanın Təhlükəsizlik Xidmətinə, Dövlət İstintaq Bürosuna və Baş Prokurorluğa “koordinasiyalı əməkdaşlığa və peşəkar işə” görə təşəkkür edib və söz verdi ki, “daha çox xəbərlər olacaq”. Bundan başqa, hərbi hissələrdəki ərzaq anbarlarında aparılan plandankənar yoxlamalar zamanı 50 milyon qrivna dəyərində ərzaq ehtiyatlarının çatışmazlığı müəyyən edilib.

Ukraynanın baş prokuroru Andrey Kostin yanvar ayında bildirib ki, 2023-cü ilin sonunda ölkədə hərbi qeydiyyat sahəsində korrupsiya ilə bağlı 220 cinayət işi açılıb. Bu, 2022-ci illə müqayisədə dörd dəfə çoxdur. Digər məsələlərlə yanaşı, Müdafiə Nazirliyinin 7 vəzifəli şəxsi barəsində də iş açılıb.

//Samir Qurbanov, Editor.az