Hərbi çağırışçılar COVİD-19 testindən keçirilirlərbackend

Hərbi çağırışçılar COVİD-19 testindən keçirilirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi xidmətə çağırılan şəxslərin COVİD -19-la bağlı testlərdən keçirilməsi davam edir.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub: “Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb”.